booked.netbooked.net booked.net  

Fond yarandığı gündən 2 milyard manatdan çox güzəştli kredit verib.

Regionların sosial-iqtisadi inkişafına töhfə verən investisiya layihələrinin dəstəklənməsi davam etdirilir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

“Bugünədək Sahibkarlığın İnkişafı Fondu İsmayıllı rayonunda fəaliyyət göstərən 546 sahibkarlıq subyektinə 31,3 milyon manat güzəştli kredit verib. Ötən il “Agro Life” MMC-yə məxsus olan və dəyəri 1,7 milyon manat olan investisiya layihəsinin 1 milyon manatı Fondun güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilib”, - deyə nazir vurğulayıb.

Xatırladaq ki, 2022-ci ilin ötən 6 ayı ərzində sahibkarların 1384 layihəsinin maliyyələşdirilməsinə 53,9 milyon manat güzəştli kredit verilib.

Sahibkarlığın İnkişafı Fondundan bildirilib ki, ötən ilin müvafiq dövründə güzəştli kredit mexanizmi çərçivəsində 546 investisiya layihəsi maliyyələşdirilib və bu məqsədlə 36,6 milyon manat kredit ayrılıb.

Qeyd edək ki, fond fəaliyyət göstərdiyi 20 il ərzində investisiya layihələrinin maliyyələşdirilməsinə 2.7 milyard manat güzəştli kredit verilib

 “Fond aktiv fəaliyyətə başladığı dövrdən, 2002-ci ildən bu ilin iyul ayının 1-dək ümumi dəyəri 6.3 milyard manat olan 40.000-dən artıq investisiya layihəsinin maliyyələşdirilməsinə 2.7 milyard manat güzəştli kredit verilib. Verilmiş kreditlər hesabına investisiya layihələri üzrə 177.000-dən çox yeni iş yerinin yaradılması mümkün olub”.

Bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri vəzifəsini icra edən Osman Xaliyev bildirib.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN