Artıq Dünya bazarında xam neftin qiyməti 120 dollar/barelə çatdıqdan sonra qiymət tədricən aşağı düşüb.

Birjalar da təsdiqləyir ki, hazırda Brent markalı neftin qiyməti 98 dollara, WTI markalı neft isə 92 dollara qədər enib. Tezadlar.az CNN-ə istinadla bildirir ki, neftin qiymətinin qalxıb-enməsi ilə yanaşı, dünyanın müxtəlif ölkələrində yanacağın qiyməti də dəyişir.
Beləliklə, bəs neftin satış qiymətinin enməsi fonunda dünya ölkələrində benzinin qiyməti neçəyədir? Tezadlar.az xəbər verir ki, “Globalpetrolprices”in məlumatına görə, regionda ən ucuz yanacaq Azərbaycandadır, burada benzinin orta qiyməti 0,59 dollar (1,59 lari), dizelin qiyməti isə 0,47 dollar (1,26 lari) təşkil edir. Siyahıda Azərbaycandan sonra Rusiya gəlir. Rusiyada 1 litr benzinin orta qiyməti 0,82 dollar (2,21 lari), dizel 0,85 dollar (2,29 lari) təşkil edir.
 Ermənistanda adi benzin orta hesabla 1,23 dollar (3,31 lari), dizelin orta qiyməti isə 1,21 dollar (3,25 lari) təşkil edir.
 Türkiyədə 1 litr benzinin orta qiyməti 1,25 dollara (3,36 lari), dizelin qiyməti isə 1,38 dollara (3,71 lari) çatır.
Gürcüstanda isə avqustun 9-da ölkənin markalı yanacaqdoldurma məntəqələrində adi benzinin orta qiyməti 3,68 lari, dizelin isə 4,55 laridir. Bu məlumatlara əsaslansaq, məlum olur ki, yanacaq qonşu ölkələr arasında Gürcüstanda ən bahadır. Azərbaycan və Rusiya hasil edən ölkələr olsa da, yanacaq istehsal etməyən Türkiyə və Ermənistanda Gürcüstandan daha ucuzdur.

Azərbaycanda yanacağın qonşu ölkələrlə müqayisədə ucuz olmasına gəlincə, bir detalı xatırlatmalıyıq ki, Azərbaycan neft istehsalçısı və satıcısıdır. Ona görə də həm bu faktoru, həm də ölkəmizdə əhalinin sosial durumu mütləq nəzərə alınmalıdır. Hələki ekspertlər də hesab edir ki, bu mənada Azərbaycanda yanacaq əhalinin mövcud durumuna rəğmən, yanacaq bahadır.

A.Məmmədli

 

 


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA