booked.netbooked.net booked.net  

“Son 5-7 ildə xaricdən gətirilmiş arı cinslərinin hesabına ölkədə hər bir arı ailəsinin məhsuldarlığı 30-40 faiz yüksəlib.”

Bunu Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov bildirib.

O, qeyd edib ki, hazırda  Azərbaycanda 600 mindən çox arı ailəsi var, amma ən azı, 1 milyon arı ailəsinin saxlanılması üçün potensial da var.

Sədr bu göstəricinin daha yüksək ola biləcəyini və bunun üçün Qarabağın  əlverişli mühitinin olduğunu, həmçinin arıçılığın inkişafı üçün subsidiyaların verilməsinin də böyük təkan verdiyini, sahibkarların bu sahəyə marağının artdığını da vurğulayıb.

“Subsidiyaların verilməsi arıçılığın inkişaf etməsinə səbəb oldu. Arıçılığa dövlət dəstəyi göstərildikdən - subsidiya verildikdən sonra Azərbaycanda arı ailələri alıb saxlamaq həvəsinə düşənlərin sayı çoxaldı. 2017-ci illə müqayisədə 2021-ci ildə arı ailələrinin sayı 2,3 dəfə, bal istehsalı isə 2,2 dəfə artıb. Ümumiyyətlə, “Arıçılıq haqqında” qanunun qəbul edildiyi dövrdən sonrakı 13 ildə bal istehsalı 4,8 dəfə, arı ailələrinin sayı 4,4 dəfə artıb, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 18,8-dək yüksəlib”, - deyə sədr bildirib.

O, yerli arı cinslərinin məhsuldarlığının zəif olduğunu, artıq xarici ölkələrdən cins arılar gətirildiyini və buna görə məhsuldarlığın artdığını diqqətə çatdırıb.

Elxan Ələkbərov “Əvvəllər arıçılar yalnız yerli cins olan arı ailələri saxlayırdılar. Ancaq yerli cinslərin məhsuldarlığı çox aşağı idi. Son 5-7 ildə xaricdən gətirilmiş arı cinslərinin hesabına ölkədə hər bir arı ailəsinin məhsuldarlığı 30-40 faiz yüksəlib. 7-8 il əvvəl Azərbaycanda il ərzində istehsal edilən balın miqdarı 2 min ton idisə, indi istehsal həcmi 7 min tona çatıb. 2021-ci ildə 33 min 332 təsərrüfatda mövcud olan 625,3 min arı ailəsindən 6 min 802,7 ton bal, 172,6 ton mum, 15,6 ton vərəmum, 17,8 ton güləm və 215,4 kiloqram arı südü əldə olunub”, - deyib.

 

Y.MƏMMƏDLİ        

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN