booked.netbooked.net booked.net  

"Biz bu ayın sonuna kimi yanacağın qiymətlərinin azalacağını gözləyirik".

Tezadlar.az xəbər verir ki, bu barədə İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Levan Davitaşvili, bu gün iri yanacaq satış şəbəkələrinin nümayəndələri ilə görüşdə bildirib. Onun sözlərinə görə, özəl sektorla birlikdə yanacaq bazarında rəqabət məsələləri, o cümlədən yanacağın mövcud qiymətlərinin aşağı salınmasını təmin edə biləcək ucuz yanacaq tədarükü mənbələrinin axtarışı, yanacaqdoldurma məntəqələrinin rəhbərləri ilə müzakirə olunub: "Hökumət özəl sektorla birlikdə fəal işləyir və qiymətlərin aşağı salınması üçün maksimum imkanları müzakirə edir", - deyə nazir bildirib.

Bundan əlavə, iclasda Rəqabət Agentliyinin rəhbəri İrakli Lekvinadze neft məhsulları bazarının monitorinqinin nəticələrini təqdim edib. Bildirilib ki, yanacaq bazarında daha yüksək rəqabətin olması vacibdir və şirkətlərlə bu məqsədə necə nail olmaq və böyük şirkətlərin istehlakçılara çox daha sərfəli qiymətə yanacaq təklif edə bilmələri ilə bağlı müzakirələr davam etdiriləcək.

24news.ge

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN