booked.netbooked.net booked.net  

“Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2022-ci il tarixli 1754 nömrəli Fərmanının icrası ilə əlaqədar işlər davam etdirilir.

Fərmandan irəli gələn məsələlərin həlli ilə əlaqədar ərzaqlıq buğda istehsal edə biləcək potensial təsərrüfatların müəyyənləşdirilməsinə başlanılıb. Kənd Təsərrüfatı Nazirliyi ərzaqlıq buğda istehsalının stimullaşdırılması məqsədilə müqavilələrin bağlanılmasını təmin etmək üçün fermerlərə müraciət edir.

Müraciətdə bildirilir ki, sahəsi 50 hektardan böyük, ərazisi bir massivdə yerləşən, pivot suvarma sistemləri qurulmuş və ya qurulması planlaşdırılan təsərrüfatların rəhbərləri müqavilə bağlamaq üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət edə bilərlər. Qeyd olunan göstəricilərə malik və ərzaqlıq buğda istehsalı proqramına qoşulmaq istəyən fermerlər müvafiq sorğu anketini (əlavə olunur) dolduraraq This email address is being protected from spambots. You need JavaScript enabled to view it. e-mail ünvanına göndərməlidirlər.

Əlaqələndirici şəxs: Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin məsləhətçisi Sima Məmmədova (əlaqə vasitələri: e-mail This email address is being protected from spambots. You need JavaScript enabled to view it., mob (077) 299 23 63).

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN