Taxılın 1 tonunun idxal qiyməti 2021-ci ilin yanvarından 2022-ci ilin iyulunadək  təqribən 156 dollar, yəni 266 manat civarında bahalaşıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin iyun ayında Azərbaycana idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 102,5 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 123,9 faiz, cari ilin yanvar-iyun aylarında ötən ilin yanvar-iyun aylarına nisbətən isə 121,5 faiz təşkil edib.

İyulda ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 696,53 manat (təqribən 410 dollar- red) olub.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bir ton buğdanın idxal qiyməti 2021-ci ilin  yanvarında 254 dollar (431 manat 68 qəpik- red) ikən, 2022-ci ilin yanvarında 347 dollar (589 manat 73 qəpik-red) təşkil edib.

Beləliklə, taxılın idxal qiyməti 2021-ci ilin yanvarından 2022-ci ilin iyulunadək  təqribən 156 dollar, yəni 266 manat civarında bahalaşıb. Cari ilin yanvar ayından isə təqribən 108 manat ( 63 dollar civarında) bahalaşıb.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA