booked.netbooked.net booked.net  

Sentyabrın 9-da Bakıda Azərbaycan-Rumıniya biznes forumu keçirilib.

TEZADLAR.AZ xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO, Rumıniyanın Kovasna Ticarət və Sənaye Palatası və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə keçirilmiş biznes forumda hər iki ölkədən əsasən tekstil sahəsində fəaliyyət göstərən iş adamları, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər. 

Tədbirdəki çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Rumıniya ilə biznes sahəsində əlaqələrin daha da genişləndirilməsi üzərində iş aparıldığını qeyd edib. KOBİA-nın yerli və xarici iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verən Agentlik sədri KOBİA-nın birgə layihələr həyata keçirmək istəyən Azərbaycan və Rumıniya iş adamlarına müvafiq qurumlarla əlaqələndirmə, yerli tərəfdaşların müəyyən edilməsi kimi istiqamətlərdə dəstək göstərə biləcəyini vurğulayıb.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN