Avropa İttifaqı “Saxalin-2” ilə bağlı məhdudiyyətləri zəiflədib. Neft kəməri Yaponiyaya görə 2023-cü il iyunun 5-dək sanksiya altından çıxarılıb.

 Bu barədə Avropa İttifaqının rəsmi jurnalında deyilir.

 "İstisnanın əhatə dairəsi: Rusiyada yerləşən “Saxalin-2” layihəsi çərçivəsində hasil edilən xam neftin Yaponiyaya dənizlə daşınması, texniki yardım, vasitəçilik xidmətləri, maliyyələşdirmə və ya bu daşınma ilə bağlı maliyyə dəstəyi.

5 dekabr 2022-ci il tarixindən qüvvəyə minir və 2023-cü il iyunun 5-də isə başa çatır”, - sənəddə deyilir.

Qeyd edək ki, “Saxalin-2” neft-qaz layihəsidir və hasilatın pay bölgüsü sazişi əsasında Saxalin adasında həyata keçirilir - qazın təxminən 60%-i Yaponiya üçün nəzərdə tutulub.

Xatırladaq ki, bu gün Aİ Rusiyaya qarşı 8-ci sanksiyalar paketini təsdiq edib.

Yeni sanksiyaya əsasən, Rusiyadan 7 milyard avro dəyərində mal ixracına qadağa qoyulub. Həmçinin bundan sonra Rusiya neftini üçüncü ölkələrə  istədiyi qiymətə də sata bilməyəcək. Çünki neftin satış qiyməti üçün müəyyən edilmiş hədd qoyulur...

 

JASMİN