Ukraynada 5 qrivnalıq sikkəni (5 qrivna 0.23 AZN- dir) 3200 qrivnaya  (3200 qrivna 147.48 AZN-dir) satırlar.

Bu qiymət onun nadir qüsuru ilə bağlıdır. 

Violity saytında satışa 5 qrivnal sikkəsini qoyan satıcının qeyd etdiyi kimi, sikkə əla vəziyyətdədir. Dövriyyədə olmadığı üçün  ümumiyyətlə, “köhnəlməyib” və zədələnməyib.

Sikkənin “gəlirliliyi” onun qüsurlu olmasıdır. O 2022-ci ildə zərb olunub, üz və arxa tərəfi tərsdir, yəni uyğun gəlmir. Rivne bölgəsindən olan satıcı hərrac açmayıb, sabit qiymət qoyub. Artıq lotu 11 nəfər izləyir. Yəqin ki, sikkə kolleksiyaçıları satıcının auksionu açmasını gözləyirlər.

Y.MƏMMƏDLİ