Nəhayət, Avropa Rusiya qazını Türkiyədəki “qaz qovşağı” vasitəsilə ala bilər, belə bir ehtiyac var.

Tezadlar.az TRT-Haber-ə istinadla bildirir ki, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “CNN Türk”ə müsahibəsində bildirib. Sitat:  “Avropanın Rusiya qazından imtina etməsi asan proses olmayacaq, bu, illər çəkəcək, ona görə də indi Avropa üçün alternativ marşrutlar qurmaqdansa, Rusiya qazını Türkiyədən almaq daha sərfəlidir”?

Təbii ki, Türkiyə Rusiya qazının ötürülməsində tranzit ölkə olacaq. Lakin faktdır ki, Rusiyanın qazını satmağa böyük bazara, Avropanın isə almağa qaz bazarı lazımdır. Beləliklə, Türkiyənin sayəsində Avropanın da, Rusiya qazının da bəxti açılmış olacaq.

A.Məmmədli