Qazaxıstan dünyanın 180 ölkəsi ilə ticarət əlaqələrini dəstəkləyərək, açıq iqtisadiyyat prinsipinə sadiq qalır.

Bu fikirləri Prezident Kasım Jomart Tokayev xarici diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşü zamanı açıqlayıb.

"Bütün dünyadakı iqtisadi zərbələrə baxmayaraq, bizim qeyri-xammal məhsulların ixracı demək olar ki, 40% artmışdır. Biz investisiya cəlb etmə yönündə Orta Asiyadakı aparıcı mövqeyimizi daha da gücləndirmək niyyətindəyik ",- deyə o, bildirib.

Vurğulanıb ki, bu ilin yalnız altı ayında xarici tərəfdaşlar ölkə iqtisadiyyatına təxminən 15 milyard dollar sərmayə qoyublar ki, bu da ötən ilin eyni dövründən 30% çoxdur.

Tokayev Qazaxıstanda baş verən inflyasiyanın xarici mənşəli olduğunu söyləyib.

“ Eyni zamanda, xaricdən yüksək inflyasiyaya səbəb olan çox yüksək həddə qida idxalından da narahatıq. Mütəxəssislər haqlı olaraq Qazaxıstanda inflyasiyanın xarici mənşəli olduğunu etiraf edirlər", - deyə Qazaxıstan lideri bildirib.

 

Y.MƏMMƏDLİ