Bəs cari ildə Azərbaycanda orta əmək haqqı neçə faiz artıb?

***

Qazaxıstanda 2022-ci ilin üçüncü rübündə nominal əmək haqqının orta dəyəri 299 782 tenge (1095.92 AZN) təşkil edib.

Bu, 2021-ci ilin müvafiq rübü ilə müqayisədə artım 23%, real ifadədə isə 5,8% təşkil edib.

Bunu Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyinin Milli Statistika Bürosunun mətbuat xidməti açıqlayıb.

2022-ci ilin üçüncü rübünün qiymətləndirməsinə görə əmək haqqının median dəyəri (əmək haqqı diapazonunun mərkəzi səviyyəsi) 189 018 tenge (691.00 AZN) təşkil edib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda  2022-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2021-cı ilin müvafiq dövrünə nisbətən 14,3% artaraq 829,0 manat təşkil edib. Əmək haqqı neft sektorunda 3485,5 manat, qeyri-neft sektorunda 778,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 780,1 manat, özəl müəssisələrdə isə 884,5 manat olub.

Y.MƏMMƏDLİ