Milli Məclis  Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, 2023-cü il dövlət büdcəsinin gəlirləri 53 milyon 278 min manat artırılaraq 30 milyard 773 milyon 978 min manat təşkil edir.

Q eyd edək ki, Qanun layihəsinin əvvəlki redaksiyasında gələn ilinl dövlət büdcəsinin gəlirləri 30 milyard 720 milyon 700 min manat təklif edilmişdi.

Xatırladaq ki, 2022-ci ildə dövlət büdcəsi 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 1,5% artırılmışdı.  

İyul ayında isə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib.

Qanuna əsasən, 2022-ci il dövlət büdcəsinin gəlir və xərcləri artırılıb.

Beləliklə, 2022-ci il üzrə yenidən baxılmış dövlət büdcəsinin gəlirləri 29197,8 milyon manat proqnozlaşdırılmışdı ki, bu da təsdiq olunmuş göstəriciyə (26 816 milyon manat) nisbətən 2381,8 milyon manat və ya 8,9 faiz çoxdur.

Y.MƏMMƏDLİ