Pakistandan Azərbaycana yeni “KS-282”, “KSK-133”, “PK-383” və “Chenab Basmati” çəltik sortları gətirilib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, yeni sortların vegetasiya müddəti 100-110 gün olmaqla məhsuldarlığı hektara 10 ton təşkil edir.

Qeyd edək ki, ötən il ölkənin 9 rayonunda çəltik əkini aparılıb. Çəltik əkinlərinin ümumi sahəsi 3194,25 hektar təşkil edib.

TEZADLAR.AZ