2022- ci ildə qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 161,3 min ton dənli və dənli paxlalı bitkilər götürülüb, bu, 2021-ci illə müqayisədə 6 % azdır. 

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir. 

Xatırladaq ki, 2020-ci ildə 56 min tondan çox qarğıdalı yığılıb.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycana 2 737,35 min ABŞ dolları dəyərində 10 309,85 ton qarğıdalı idxal olunub.

Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir.

Bu rəqəm ötən ilin eyni ayı ilə müqayisədə 605,67 min dollar çoxdur.

JASMİN