Rusiyanın Ukraynada apardığı döyüş əməliyyatları ölkənin bank və maliyyə siisemini də zədələyib...

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, Rusiya vətəndaşlarının Gürcüstan banklarındakı əmanətlərinin həcmi son bir neçə ayda nə az, nə çox-4 dəfə artıb. Bu barədə IDFI öz hesabatında qeyd edib. Məlumata görə, Rusiyanın Ukraynaya təcavüzündən sonra 109 min Rusiya vətəndaşı Gürcüstan kommersiya banklarında hesab açıb. Bundan əlavə bildirilib ki, 31 dekabr 2022-ci il tarixində Rusiya vətəndaşlarının Gürcüstan kommersiya banklarındakı əmanətləri 2,87 milyard lari təşkil edib.

maraq doğuran budur ki, Rusiya 2008-ci ildə Gürcüstanın ərazisini işğal edib, amma Rusiya vətəndaşları Gürcüstanın bank sisteminə və bu ölkənin maliyyə bazarına etibar edir...

A.Məmmədli