booked.netbooked.net booked.net  

Azərbaycan Dövlətinin Ekoloji Təhlükəsizlik siyasəti artıq ümdə məsələlərdən biri kimi gündəmdədir…

Ekologiya yeganə sahədir ki, dövləti, siyasi və ictimai sərhəd tanımır, fərdi mənsubiyyəti yoxdur. Daha doğrusu, ekologiya
dünyəvidir, hamızındır: sənindir, mənimdir, onundur, bizimdir… Və dünyanındır! Çünki ekoloji təhlükə yarananda onun təsiri gələcəyimizə, bütün dünyaya şamil olunur və onun fəsadlarını hamı daşımalı olur… Və bu isə o deməkdir ki, biz ekologiyanı qorumaqla gələcəyimizi- dünyamızı qorumuş oluruq! 

"Heydər Əliyev-100" ilində Azərbaycanın ekoloji priblemlərinə fərqli baxış...

bildiyimiz kimi, bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Prezidentin Sərıncamı ilə ilimiz "Heydər əliyev ili" elan olunub. Əslində, bu Sərəncamın fəlsəfəsi və siyasi- elmi, iqtisadi mənası budur ki, bu il həyata keçirilən bütün vacib, ölkə əhəmiyyətli tədbirlərin nə vaxtsa təşəkkül tapan mayasında Ulu Öndərin bir zamanlar öz baxışları, əməyi, diqqəti olub. Ekologiyamıza qayğı kimi...

XXX

Azərbaycanda bəşəri diqqətdə olan ekologiyaya  və ətraf mühitin mühafizəsinə xüsusi diqqət ayrılır və bu həmişə olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə «Təzadlar»ın və eyni adlı saytın işgüzar əməkdaşlığından bilirik ki, bu məsələ dövlətimizin prioritet siyasətinin tərkib hissəsidir. Nazirliyin aidiyyəti qurumlarının az qala gündəlik qayğılarından olan bu məsələ
ilə bağlı müntəzəm olaraq maraqlı layihələr həyata keçirilir. Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda
keçirilən növbəti monitorinqlər zamanı da məhz havaya normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət göstərməyən obyektlər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Nazirlikdən "Təzadlar"a verilən məlumatda da belə obyektlərin adları sıralanmışdır. Keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı paytaxtda fəaliyyət göstərən "Sarı gəlin", "Hissa", "Sərin Saray", "Monte Karlo", "Grand Opera", "Neptun", Sumqayıt şəhərində “Ülvi”, “Xarı Bülbül”, “Yeni Həyat”, “Okean”, Gəncə şəhərində “Zümrüd”, “Əriklik”, “Kristal”, “Tural”, “Firuzə” və “Bəyaz Saray” restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələnib.

 Təbii ki, bu cərimələr nə qədır yüksək olsa da belə, artıq atmosferə- ekologiyamıza atılan o zəhərli qazları geri qaytarmaq mümkün deyil. Lakin cərimələnən təkcə o obyektlərin rəhbərləri yoxş həm də daha çox ziyan görən bizik, dünyamızın ekolojiyasıdır. 
Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektləri və restoran sahiblərini obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə, havanın çirkləndirilməsinə yol verməməyə çağırıb.

e7a7208b-f9e0-4794-913a-6c43664cf1f8

Bir tərəfdən ağac əkirik, o biri tərəfdın isə ekoloji problemlərə yol açırıq...

Beləliklə, yuxarıda qeyd etdiyimiz kimi, biz bir tərəfdən ekologiyamıza ziyan və zərbə vuranlara qarşı mübarizə aparırıq, digər tərəfdən isə bu ziyanı bərpa etmək üçün yaşıllıqlar salırıq. Hansı ki, bu yaşıllıqların salınmasına çəkilən xərc ekologiyaya ziyan vuranlara tətbiq olunan cərimələrdən min qat baha başa gəlir. Amma nə etməli, biz-yıni, ekologiyaya can yandıranlar təbiətı canyananlığından qalmamaqdadır... Lap bu yaxınlarda məhz "Heydər Əliyev ilin"nin mahiyyətinı uyğun olaraq  “Tullantıları tinglərə dəyiş” kimi növbəti ting paylama aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyinin birgə təşkilatçılığı ilə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində keçirildi. Olduqca ictimai maraq doğuran bu aksiyada "Təzadlar"ın əməkdaşları da iştirak edirdi. "Bir ağac-min nəfəs” devizi altında keçirilən bu humanitar aksiya zamanı vətəndaşlar tərəfindən işlənmiş batareya, şüşə tullantıları vı digər tullantı detallarl  təhvildi, əvəzində isə onlara ağac tingləri paylanıldı.  Vətəndaşların yüksək maraq göstərdiyi bu qeyri-adi ting paylama aksiyalarının keçiriləcəyi ərazilərlə bağlı elanlar Nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında əvbəldə qeyd edilmişdi. Ona görə də aksiyaya həvəslə qoşulanların sayı gözləniləndən daha çox idi. Nazirlik rəsmiləri də hamını bu humanitar aksiyalarda fəal iştirak etməyə, ağac əkməklə təbiətə töhfə verməyə, tullantıların sayının azaldılmasına və təkrar emala dəstək
olmağa çağırmışdır.  

Onu da deyək ki, bu maraqlı aksiya nazirliyin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin təşəbbüsü ilə baş tutmuşdur. Biz də jurnalist olaraq bu maraqlı, əslindı isə qeyri-adi, həvəsləndirici aksiyada fəal iştirak etdik...

Ekologiyaya ziyan vurmanın qanunsuz ovlama üsulu...

Bəli, təbiətin özü tərəfindən yaradılanları ictimaidir, dünyəvidir... Bu o deməkdir ki, özü-özünü tənzimləyən və tarazlayan təbiətin sərvətlərinə yad əllər uzadılmamalıdır, bir az da fəlsəfi-elmi yanaşsaq, bu o deməkdir ki, təbiət özü nəyi necə etməyi biz insanlardan daha yaxşı bilir. Bu sıraya meşə vı çöl heyvanlatının mühafizəsi də aiddir. Bıs sizcə bu heyvanlar kütləvi surətdə ovlansa, təbiətdı nə baş verər? Məsələ də bundadır. məsələn Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi olaraq "Heydər Əliyev ili"ndə belə hallara qarşı daha mübariz və təsirli tədbirlər görməkdədir. Əsas diqət isə, yuxarıda qeyd etdiyimiz kimi, daha çox qanunsuz ov edənlərin əməllərinin cərimələrlə sanksiyalaşdırılmasına deyil, bu əməllərin qarşısının alınmasına yönəldilib. Təkrar etməyə dəyər kiş məsələn, təbiətimizin "göz muncuğu" olan ceyranı ovlayana lap milyon manat cərimə yaz, bu sanksiya o heyvanı yenidən təbiətə qaytara bilərmi? Bu fəlsəfəni əsas tutan Naxirlik əməkdaşları da qanunsuz ov hallarının qarşısının alınması məqsədilə bu ayın əvbəlində  Varvara Ovçuluq Təsərrüfatının ərazisində nəzarət tədbirləri həyata keçiriblər. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Təzadlar"a onu da bildirdi ki, keçirilən nəzarət tədbirləri zamanı ərazidə qanunsuz balıq ovlayan şəxs saxlanılıb və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Sitat: “Araşdırma zamanı brakonyerin Mingəçevir şəhər sakini Ceyhun Mirabov
olduğu müəyyən edilib və barəsində qanunamüvafiq tədbir görülüb”.

Eyni tədbirlər çöl quşlarının və digər heyvanların qanunsuz ovlanmasına qarşı da həyata keçirilib.

29db9aa5-88b8-41b1-a725-38dc291becdd

Ekologiya vı Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının həyata keçirdiyi aksiyalar təkcə yerli əhəmiyyətli deyil, həm də bu aksiyalara Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar da cəlb edilir. Məsələn, sizə də maraqlıdırmı ki, "Heydər Əliyev-100" tədbirlər silsiləsində BMT nümayəndələri Ulu Öndərin 100 illiyinə xatirə olaraq Ağdamda ağac əkiblər... Onu da əlavə edık ki, Ağdam şəhərində keçirilən Azərbaycanla BMT arasında əməkdaşlığa həsr olunmuş görüş çərçivəsində, tədbir iştirakçıları Ağdam ərazisində xüsusi ayrılmış sahədə Heydər Əliyevin 100-cü ildönümü münasibətilə ağac əkiblər. Tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva, Azərbaycanın hökumət nümayəndələri, BMT sisteminin ölkəmizdə fəaliyyət göstərən müxtəlif agentliklərinin nümayəndələri iştirak ediblər. Bu tədbir iştirakçılarda olduqca maraqlı və yaddaqalan təəssüratlar yaradıb. Bu həm də bu beynəlxalq təşkilatın əcnəbi nümayəndələrində ölkəmizdə dünyəvi olan ekologiyaya olan diqqətin nə qədər böyük olduğu qənaətini bir daha möhkəmlətmiş oldu.

“Şüşə tullantıları təhvil ver, təkrar emala dəstək ol” aksiyasındakı möhtəşəmlik...

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Araz supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə 18 mart tarixində daha bir maraqlı aksiyaya dəstək oldu. keçiriləcək. belə ki, aksiyada tullantı olaraq şüşə butulka/banka qabları qəbul olundu. Aksiyaya qoşulanların stimullaşdırılması isə görün necı planlaşdırılfı: ümumi tutumu 5 litr olan şüşə banka / butulkaya 1 ekoçanta və ya 1
ting verildi. 
Bu hələ harasıdır, daha çox tullantı gətirən vətəndaşlara əlavə olaraq milli parklara bilet, uşaqlara kitab hədiyyə olundu. 
XXX 

Bəli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji salamatçılıq tədbirlərini davam etdirməkdədir. Nazirlik bu yaxınlarda Elm və Təhsil Nazirliyi “Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi” və "Competo" MMC (Umico) şirkətinin təşkilatçılığı və birgə əməkdaşlığı ilə “Heydər Əliyevin 100 illiyi münasibətilə 100 ağac əkək” aksiyası həyata keçirdi. Əvvəlki ənənəvi ağacəkmə aksiyalarında olduğu kimi, bu dəfə də, necə deyərlər, bu aksiyaya qoşulanların sayı-hesabı yox idi. Tədbir zamanı 1 nömrəli uşaq evinin şagirdləri üçün yay istirahət zonasında nar, ərik, Eldar şamı və həmişəyaşıl sərv ağacları əkildi. Eləcə də Bakıxanov qəsəbəsində Elm və Təhsil Nazirliyi
Uşaq-Gənclər İnkişaf Mərkəzinin bazasında yerləşən 1 hektara yaxın ekopark torpaq sahəsində iməcilik işləri görülüb. 

XXX 

...Ekologiya hər birimizindir-özü də dünyanın hansı nöqtəsində yaşamağımızdan asılı olmayaraq. Gəlin hər birimizin olan bu ümumi mühiti-həyatı qoruyaq, gələcəyə saf, təmiz daşıyaq. 
Y.Məmmədli
(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İSt. 6.3.17).

369f7780-e2d2-4a2b-9e70-e1905deabbef

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN