booked.netbooked.net booked.net  

Finlandiyanın “Gasum Oy” dövlət enerji şirkəti Rusiya qazının alınmasını davam etdirmək niyyətindədir.

Bu barədə “Yle” “Gasum”un bəyanatına istinadən xəbər verir.

“Gasum” bildirib ki, enerji şirkəti 2022-ci ilə qədər "Qazprom Export"la qaz tədarükü üçün uzunmüddətli müqavilə imzalayıb və bu müqavilə "daha çox illər" üçün qüvvədədir.

Daha əvvəl Finlandiyanın enerji şirkəti izah etmişdi ki, Finlandiyaya qaz alışı dayandırılacağı təqdirdə “Qazprom” itkilərə görə kompensasiya tələb etmək hüququna malikdir.

“Qazprom Export” və “Gasum” arasındakı müqavilə 2031-ci il dekabrın 31-dək qüvvədədir. 2021-ci ildə Finlandiya təbii qazın 92 faizini Rusiyadan idxal edib.

2022-ci ilin payızında Finlandiya Rusiyanın qazının ödənilməsi baxımından ölkənin ümidsiz vəziyyətini tanıdı. Uzunmüddətli müqavilə “al və ya ödə” prinsipi ilə bağlandığından “Gasum” mavi yanacaq almağa məcbur olub.

Bundan əlavə, Stokholm Arbitraj Məhkəməsi prezident Vladimir Putinin Rusiya qazı üçün rublla ödəniş haqqında fərmanını qüvvədə saxlayıb və Finlandiyanın “Gasum” dövlət enerji şirkətinə qaz tədarükü üçün “Qazprom Eksport”a 300 milyon avro ödəməyə məcbur edib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN