booked.netbooked.net booked.net  

Fransa hakimiyyəti vergi nəzarətini gücləndirmək və vergidən yayınmaya görə cəzaları sərtləşdirmək, xüsusən də böyük saxtakarlıq sxemlərinə qarşı mübarizə aparmaq planlarını açıqlayıb.

Dövlət hesablamalarına məsul olan təmsilçi-nazir Qabriel Attal çox vaxt beynəlxalq tərəflərin iştirakilə həyata keçirilən böyük saxtakarlıq sxemlərinə diqqət yetirmək niyyətində olduqlarını bildirib. Onun fikrincə, bu, orta təbəqəyə, kiçik və orta biznes sahiblərinə təzyiqi azaldacaq.

Hökumətin hazırladığı plan çərçivəsində 2027-ci ilin sonuna kimi iri biznes subyektlərində yoxlamaların sayının 25% artırılması nəzərdə tutulur. Bundan əlavə, dövrü qaydada fond bazarının 100 aparıcı iştirakçısında vergi yoxlamalarının aparılması planlaşdırılıb. Əvvəllər iri şirkətlər üçün belə yoxlamaların konkret tezliyi yox idi. 2027-ci ilə qədər Dövlət Baş Maliyyə İdarəsinin vergi saxtakarlığına qarşı mübarizə aparan qruplarına 1.500 əlavə işçi cəlb olunacaq. İqtisadiyyat və Maliyyə Nazirliyinin nəzdində yüzə yaxın əməkdaşın daxil olduğu yeni vergi kəşfiyyatı xidməti də yaradılacaq. Yeni qurumun əsas vəzifəsi beynəlxalq səviyyədə böyük vergi saxtakarlığı ilə mübarizə aparmaq olacaq.

Qabriel Attal beynəlxalq səciyyə daşıyan vergi cinayətlərinə görə cəzaların genişləndirilməsinin və sərtləşdirilməsinin tərəfdarı olduğunu bəyan edib. O, nəzərdə tutulan cəzalar çərçivəsində qanun pozucularının mülki hüquqlarının məhdudlaşdırılması kimi sanksiyaların tətbiqinin də istisna olunmadığını bildirib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN