Bu ilin yanvar-iyun aylarında Ukraynadan Azərbaycana 6,23 milyon dollar dəyərində 1,56 min ton dondurulmuş mal əti ixrac edilib.

Bu barədə Ukrayna mətbuatı ölkənin Dövlət Gömrük Xidmətinin hesabatına istinadən məlumat yayıb.

Bildirilir ki, ümumilikdə Ukrayna cari ilin ilk 6 ayında 11,2 min ton dondurulmuş mal əti ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur. Bu məhsulun ixracı Ukraynaya 44,5 milyon dollar qazandırıb ki, bu da 2022-ci ilin yanvar-iyun aylarının göstəricisini 2,1 dəfə üstələyir.

Hesabat dövründə ixrac əməliyyatları əsasən Çin, Azərbaycan və Özbəkistana həyata keçirilib.

Çinin qeyd olunan məhsul kateqoriyası üzrə ixracda payı 62,7 faiz təşkil edib ki, bu da dəyər ifadəsində 27,9 milyon dollara bərabərdir. Bu ölkəyə 7 min tondan çox məhsul tədarük edilib. Azərbaycanın ixracda payı 14 faiz (1,56 min ton), Özbəkistanın payı isə 7,8 faiz (873,6 ton) təşkil edib.

TEZADLAR.AZ