Son günlər Gürcüstanın əksər yanacaqdoldurma məntəqələrində benzinin qiymətində yenidən artım müşahidə olunur.

TEZADLAR.AZ xəbər verir ki, əksər yanacaqdoldurma məntəqələrində 10-15 tetri benzinin qiyməti artıb. Tanınmış yanacaqdoldurma məntəqələrində 1 litr “Premium”un qiyməti 2,85 - 2,90 lari, "Regular" isə 2,60 - 2,70 lari arası dəyişir.

Gürcüstanda yanacağın qiymətlərinə gəlincə, hazırda müxtəlif kompaniyalar müştərilərə aşağıdakı qiymətləri təklif edir: Socar: ● Nano Super - 3.54 lari; ● Nano Premium - 2.86 lari; ● Nano Euro Regular - 2.62 lari; ● Euro 5 Diesel - 2.89 lari; ● Nano Euro 5 Diesel - 3.06 lari; ● LPG - 1.80 lari; ● CNG təbii qaz - 1.60 lari. Lukoil: ● Premium Avangard - 2.78 lari; ● Euro Regular - 2.50 lari; ● Euro Disel - 2.90 lari. Rompetrol: ● Efix Super - 3.65 lari; ● Efix Euro Premium - 2.87 lari; ● Avro Regular - 2.65 lari; ● Efix Euro Dizel - 3.12 lari; ● Avro Dizel - 3.07 lari. Gulf: ●Force Super - 3.65 lari; ●Force Premium - 2.95 lari; ●Forcea Euro Regular - 2.75 lari; ●Euro Regular - 2.65 lari; ●Force Euro Dizel - 2.99 lari; ●Euro Dizel - 2.89 lari; ●Təbii qaz - 1.69 lari.

Qeyd edək ki, ekspertlər qiymət artımının ölkədaxilində dolların bahalaşması və larinin dəyər itirməsi ilə əlaqələndirirlər.

24 news.ge