İstehsalatda baş vermiş bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində işçilərə dəymiş ziyanın əvəzi hansı hallarda ödənilir?
Sualın cavabını hüquqşünas Azər Quliyev TEZADLAR.AZ-a açıqlayıb:
"1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam,qismən) olan işəgötürən: işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması ilə əlaqədar dəymiş zərərin, müalicə olunması üçün çəkdiyi xərclərin, müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərcləri, eləcə də AR-nın Mülki Məcəlləsi ilə müəyyən edilmiş və sair xərclərin əvəzini bütövlükdə ödəməlidir.
2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi ilə əlaqədar həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanun-lə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
3. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda, işəgötürənin işçi qarşısında qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır:
3.2. ziyanın həqiqətən vurulduğu aşkar olduqda;
3.2.təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda;
3.3. təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
4. İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır:
5. Təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədərkən, şəxsi məqsədi üçün hər hansı işlə məşğul olarkən, suda çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin özlərinin təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü, texniki spirtlərin, narkotik vasitələrin, psixotrop və sair pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr", - deyə hüquqşünas biıldirib.
Y.MƏMMƏDLİ