Bu ilin yanvar-iyun ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində İstehlak Mallarının Ekspertizası Mərkəzi

və onun regional bölmələrinə malın mənşə ölkəsinin təyin edilməsi məqsədilə ümumilikdə 23 461 müraciət daxil olub.

Bu barədə Xidmətin rəisi Məmməd Abbasbəyli öz sosial şəbəkə hesablarında yazıb.

Xidmət rəisi bildirib ki, Bakı şəhəri və Quba-Xaçmaz regional bölməsi üzrə daxil olan müraciətlər say etibarilə üstünlük təşkil edib.

 

TEZADLAR.AZ