17 avqust 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.

Bu barədə TEZADLAR.AZ-A Mərkəzi Bankdan bildirilib.

Məlumata görə, hərracda tələb 41.3 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

 Qeyd edək ki, bu göstərici ötən hərracdan 23.7% azdır. Belə ki, 15 avqustda keçirilən valyuta hərracında banklar 54.1 milyon dollar alış həyata keçirib.

Xatırladaq ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.