Qara kürünün qırmızı kürüdən dəyəri təxminən 8 dəfə bahadır, bəs hansı faydalıdır?

Bu barədə “Heyvanlar Kitabı”nda izah verilib.

 Kürü makro və mikroelementlərin anbarıdır. Qırmızı kürü qızılbalıqdan, qara kürü isə nərə balığından alınır. Qızılbalığı yetişdirmək nərəyə nisbətən daha asandır. Bundan əlavə, nərə balıqlarının ilk kürüləməsi yalnız həyatının 12-ci ilində baş verir. Belə çıxır ki, balıq nə qədər nadirdirsə, kürüsü - balaları da bir o qədər bahadır...

Qırmızı kürü arasında ən ucuz qırmızı kürü çəhrayı qızılbalıqdan, ən bahalısı isə kijuça qızılbalığından (“ağ balıq”) əldə edilir. Qara kürüdə isə balığın, sadəcə müəyyən bir növ olması kifayət deyil. İndi onun yaşı və hətta rəngi vacibdir - nə qədər açıq olsa, bir o qədər yaxşıdır. Hətta kürünün rəng çaları da  son qiymətə təsir edəcək. Məsələn, ən bahalı və nadir qara kürü 80 yaşlı albinos beluqalarına aiddir. Hərfi mənada "qızıl" və ya "almaz" adlanır.

Qızıl kürü yalnız ən bahalı deyil, həm də ən nadirdir. Onu əldə etmək üçün 4, 5 il vaxt çəkir.

Belə çıxır ki, dünyanın ən bahalı kürüsü ən dadlı və ən sağlam kürüsü deyil. O, ən nadirdir və bu, onun yeganə üstünlüyüdür.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 294 kq nərə balığının kürüsü istehsal edilib. Bu, 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2 dəfə və ya 154 kq çoxdur.

Amma qiyməti o qədər bahadır ki, onu sadə vətəndaşın alıb yeməsi mümkünsüzdür...

JASMİN