Hazırda mənzil bazarında alıcı qıtlığı var.

Tikinti şirkətləri müştəri cəlb etmək üçün müxtəlif kampaniyalar keçirir, ancaq təəssüflər olsun ki, kampaniyaların çoxu aldaldıcıdır.

TEZADLAR.AZ xəbər verir ki, bunu  əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

O qeyd edib ki, reklam edilən mənzillərin çoxu almaq istəyənlərə uyğun gəlmir.

“Alıcını cəlb etmək üçün kampaniyalara gedir. Təəssüflər olsun ki, kampaniyaların çoxu aldaldıcıdır. Misal üçün, reklam verir ki, 14 min ilkin ödənişlə ayda 600 manatdan başlayan qiymətlə ev sahibi ol. Gedib baxırsan ki, deyilən evin sahəsi 40 kvadratmetrdir və qiyməti gəlir çıxır 240 min manata. Bu cür evlər isə bir çox ailələr üçün uyğun gəlmir”, - deyə R.Osmanlı bildirib.

Ekspert əlavə edib ki, hazırda Bakıda mənzil bazarında stabillikdir, əhəmiyyətli dəyişiklik müşahidə olunmur, qiymətlər stabildir.