Türkiyənin ticarət naziri Ömər Bolat ölkənin illik mal ixracatının 2023-cü ilin 9 aylıq dövründə 253,3 milyard dollara yüksəldiyini açıqlayıb.

  TEZADLAR.AZ xəbər verir ki, sosial media hesabından Dünya Ticarət Təşkilatının ixracla bağlı son məlumatlarını dəyərləndirən Ö.Polat yazıb: “Türkiyə qlobal ixracatdan 1,06 faiz pay alaraq rekordunu qırdı. Türkiyənin payı artdı. Dünya Ticarət Təşkilatının açıqladığı son statistik məlumatlara görə, 2023-cü ilin yanvar-sentyabr dövrünün sonunda illik məhsul ixracımız 253,3 milyard dollara yüksəldi. Türkiyə qlobal ixracda 1,06 faiz pay aldı və bununla da rekordunu yenilədi. 2022-ci ilin sonunda ölkəmizin ixracatının qlobal ixracatdakı payı 1,02 faiz idi. İnşaallah, bu gözəl xəbərlərin davamının gəlməsi arzuları ilə".

trt