Yanvarın 1-dən etibarən “ƏDV geri al" mexanizmi üzrə əldə edilən gəlirlər vergiyə cəlb edilməyəcək.

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bununla bağlı bildirib ki,  Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, həmin gəlirlərin (ƏDV KEŞBEK)  vergidən azad olunması qanuniləşdi və hüquqi bazası formalaşdırıldı.

“Bu da həmin gəlirlərin vergidən azad edilməsinin Vergi Məcəlləsi ilə tənzimlənməsinə imkan verəcək. Heç bir halda bu gəlirlər artıq vergiyə cəlb edilməyəcək.

Qeyd edək ki, ƏDV-nin geri qaytarılması layihəsi üzrə ticarət və ictimai iaşə obyektlərində, tibb müəssisələrində və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə ödənilmiş ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5%-i, nağd ödənişlər üzrə 5%-i, işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalarda (hotellərdə) ödənilmiş ƏDV məbləğinin isə nağdsız ödənişlər üzrə 30%-i, nağd ödənişlər üzrə 5%-i geri qaytarılır”, - deyə o, bildirib.

Y.Məmmədli