Bu ilin yanvar ayında ölkəyə 8,54 milyon ABŞ dolları dəyərində 4,4 min tondan çox ət idxal olunub.

TEZADLAR.AZ xəbər verir ki, “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2023-cü ilin müvafiq göstəricisi ilə müqayisədə dəyər ifadəsində 74,9 faiz, həcm baxımından isə 63,8 faiz çoxdur.

Cari ilin ilk ayında ətin ümumi idxalda xüsusi çəkisi 0,35 faizə bərabər olub.