2020-ci ildən sonra hər ilin mart ayında Milli Məclisdəki fəaliyyətim ilə bağlı ictimaiyyətə mütəmadi hesab təqdim edirəm. Bu hesabatda ötən 1 ildə həyata keçirdiyim fəaliyyətlər öz əksini tapıb. TEZADLAR.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov Sosial media hesabında məlumat verib.
O, vurğulayıb ki, ötən bir il ərzində ünvanına 637 müraciət daxil olub:
"Bunlardan 289 müraciət Milli Məclis aparatına, 348 müraciət isə telefon və sosial şəbəkələrdə vasitəsi ilə daxil olmuşdur. Qeyd olunan müraciətlərdən
523-i sosial, 58-i iqtisadi problemlərlə, 56 müraciət isə maddi yardım istəyi də daxil olmaqla digər problemlərlə əlaqədar olmuşdur.
Müraciət edənlərin 53 faizi Füzuli rayonundan olan seçicilərimiz, 36 faizi rayonumuzdan kənarda məskunlaşmış həmyerlilərimiz, 11 faizi isə digər vətəndaşlarımızdır. Ümumilikdə son bir il ərzində ünvanıma daxil olan yazılı və şifahi müraciətlər əsasında müxtəlif dövlət qurumlarına 265 deputat sorğusu göndərmişəm. Eyni zamanda, görüşlər zamanı müvafiq dövlət qurumları ilə yerində əlaqə saxlamaqla problemlərin həllinə dəstək olmağa çalışmışam. Bununla da yüzlərlə vətəndaşlarımızın səhiyyə, sosial, məşğulluq və digər sahələr üzrə müraciətləri öz həllini tapmışdır",-deyə bildirib.
Hesabatın tam mətni ilə aşağıdakı keçid vasitəsi ilə tanış olmaq olar:
JASMİN