2024-cü ilin yanvar-mart aylarında Azərbaycanın qaz ixracı 6,4 milyard kubmetr təşkil edib.

Bu barədə Energetika Nazirliyinin məlumatında bildirilib.

Məlumata görə, ixracın 50 faizi (3,2 milyard kubmetri) Avropanın, 36 faizi (2,3 milyard kubmetri) Türkiyənin, 14 faizi (0,9 milyard kubmetri) isə Gürcüstanın payına düşüb. Hesabat dövründə TANAP Türkiyəni 1,3 milyard kubmetr qazla təchiz edib.

 

TEZADLAR.AZ