Qazaxıstan Respublikası Baş nazirinin müavini Serik Jumanqarinin sədrliyi ilə keçirilən iclasda sosial əhəmiyyətli məhsulların mövcud qiymət vəziyyəti müzakirə edilib.

TEZADLAR.AZ xəbər verir ki,  bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, cari ilin əvvəlindən mayın 21-dək respublikada sosial əhəmiyyətli məhsulların bahalaşması 0,2%-ə qədər səngiyib. Ötən həftə bu göstərici -0,1% təşkil edib.

Ölkənin Türküstan bölgəsindən yeni məhsulun tədarükü sayəsində bir həftə ərzində ölkə üzrə kələm 10,4% ucuzlaşıb.

Ticarət və inteqrasiya nazirinin birinci müavini Ayjan Bijanovanın sözlərinə görə, pərakəndə satış şəbəkələri kələm alışına qoşulub və ölkə bazarları kütləvi şəkildə bu məhsulla təmin edilib.

Günəbaxan yağının (-0,6%), qarabaşaq yarmasının (-0,4%) və C1 kateqoriyalı toyuq yumurtasının (-1,4%) qiymətləri ucuzlaşmaqda davam edir.

“Mənfi qiymət” qrupuna, həmçinin kəsmik (-0,2%), toyuq əti (-0,2%), kefir 2,5% yağlılıqla (-0,4%), duz (-0,1%) və 1-ci sort buğda unu (-0,1%) daxildir.

QR Kənd Təsərrüfatı Nazirliyi stabilləşdirmə fondlarında olan tərəvəz ehtiyatlarının həcmi ilə bağlı məlumatları açıqlayıb.

Bölgələrə növbəti mövsümdənkənar payız məhsulunun tədarükü üçün forvard müqavilələrinin bağlanması üçün indidən iş görmək tapşırılıb.

Serik Jumanqarin regionlara növbəti həftə ərzində qiymətlərin sabitləşməsini təmin etməyi və tələb olunan həcmdə təzə məhsul tədarükünü gücləndirməyi tapşırıb.

 

JASMİN

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN