“Kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi məhsulun səmərəli və dayanıqlı becərilməsinə zəmanət verir”.

TEZADLAR.AZ  xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi və FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Məhəmməd Nasar Həyat "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, texnoloji tərəqqiyə nail olmaq elmi yanaşma və akademik icmalarla sıx qarşılıqlı əlaqə tələb edir.

"Tədqiqat və inkişafa sərmayə yatırmaq vacibdir. Biz aqrar tədqiqat mərkəzləri ilə işləyirik. Biz onlara tədqiqatlarını fermerlərin ehtiyaclarına daha yaxşı uyğunlaşdırmaqda kömək etmək üçün çalışırıq. Torpağın sağlamlığı da eyni dərəcədə vacibdir, çünki aqressiv əkinçilik üsulları dünyanın bir çox regionlarının tükənmədən əziyyət çəkmələrinə səbəb olur. İqlim dəyişikliyi də kənd təsərrüfatı sahəsinə ciddi təsir edir”, - deyə M.Nasar Həyat bildirib.

FAO rəsmisi hesab edir ki, hökumətlər və fermerlər bu reallıqların öhdəsindən gəlmək, məhsul itkilərinin qarşısını almaq və kifayət qədər ərzaq istehsalını təmin etmək üçün üsullar tətbiq etməlidirlər. "Hər bir ölkənin öz coğrafi, resurs və sahəvi potensialı var ki, bunlardan kənd təsərrüfatı sistemlərinin modernləşdirilməsində istifadə etmək lazımdır. Bu üstünlüklər müəyyən edilməli və sektorda uzunmüddətli artıma nail olmaq üçün istifadə olunmalıdır", - M.Nasar Həyat əlavə edib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN