Azərbaycan Taarif Şurasının son qiymət artımı qərarı ictimai rəydə kəskin tənqidə tuş gəlib... Tanınmış iqtisadşı ekspert İlham Şaban özünün fb statusunda yazdığı rəyində Taarif Şurasını sərt tənqid edib: "...İqtisadiyyat doğruluğu şübhə edilməyən rəqəmləri sevir, ədəbi-bədii təsvirləri yox… Tarif (qiymət) Şurasının təbii qaz və elektrikenerjisinin qiymətlərinin artırılması ilə bağlı qəbul etdiyi Qərarlar 1 noyabr 2021-ci il tarixindən qüvvəyə minir. Qeyri-iş günü belə addım atmağa hansısa əsas vardımı? Olmazdımı bunu oktyabrın 19-da elan etmək? Kimə gərək lazim idi Müstəqilliyin Bərpası Günü öncəsi N qədər əhalidə “Sovet Azərbaycanı” eyforiyasının yenidən alışmasına benzin tökərək alovlandırmaq? Yaxşı tarixlə bağlı olan oldu artıq… Bəs nədən HÖKUMƏT istehlakçıları inandıra biləcək bir tutarlı DƏLİL və SÜBUTLU hesabat ortaya qoymadı? Axı bu, benzin və ya dizel qiymətləri deyil ki, saat 23-dən sonra sayta yerləşdirəsən ki, bəs 00:00-dan qiymət qalxır !!!
N qədər saytlarda Analiz, Araşdırma və Təhlil adıyla dərc edilən və Tv-lərdən də oxunan eyni MƏTNLİ yazılarla …Digital 4.0 iqtisadiyyatına UĞURLU keçidi həyata keçirmək mümkündürmü?".
Bəli, hələki ortaya tutarlı təhlil və inandırıcı proqnoz və rəqəm qoyan yoxdur... 
A.Məmmədli