booked.netbooked.net booked.net  

 Qlobal iqtisadiyyat İkinci Dünya Müharibəsindən bəri ən pis vəziyyətdədir.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında bildirilib.

 Pandemiya, Ukraynadakı müharibə, iqlim dəyişikliyi təhlükəsi nəticəsində bütün dünyada inflyasiya artıb, ərzaq və enerji məhsulları bahalaşıb.

 Təşkilat böhranın nəticələrinin ilk növbədə ən çox kredit almış ölkələrə və tədarük  zəncirlərini yenidən qurmalı olacaq şirkətlərə təsir edəcəyini vurğulayıb.

 Hesabatda deyilir ki, dünya iqtisadiyyatının vəziyyətini yaxşılaşdırmaq üçün ticarət məhdudiyyətləri zəiflədilməlidir, hansı ki, bunun da sayəsində  qıtlıq azalacaq, ərzaq və digər malların qiymətləri aşağı düşəcək.

BVF, həmçinin ölkələrin borc probleminin həlli üçün birgə səyləri gücləndirməyə çağırır. Xüsusilə, borclular və kreditorlar üçün aydın prosedurların və müddətlərin tətbiqi və sistemin digər yüksək borcu olan həssas ölkələr üçün əlçatan olması təklif edilir.

Bundan əlavə, qeyd edilir ki, transsərhəd ödənişləri modernləşdirmək və iqlim dəyişikliyinə qarşı da mübarizə aparmaq lazımdır.

Qeyd edək ki, son dövrlər pandemiya səbəbində zəifləmiş dünya iqtisadiyyatına Rusiyanın Ukraynada başladığı müharibə  daha bir zərbə vurmuş oldu.

Ukraynanın əkinə yararlı münbit torpaqlarının az qala yarısı hazırda istifadə olunmur. Blokada səbəbindən isə ölkə məhsullarını ixrac edə bilmir. Bu isə əsasən Ukrayna məhsullarından asılı olan ölkələrə daha çox təsir edib. Bir çox ölkələr qıtlıq səbəbindən bəzi qida məhsullarının ixracına qadağa qoyub. Həmçinin Aİ ölkələrinin, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi minlərlə sanksiya da bir çox ölkələrin iqtisadiyyatına təsirsiz ötüşməyib.

Bu günlərdə Rusiya Federasiyası Prezidenti Vladimir Putinin köməkçisi Maksim Oreşkin də qlobal aclıq barədə xəbərdarlıq edib.

Oreşkin vurğulayıb ki, Rusiya Federasiyası ötən ilin sonundan qlobal qıtlığa hazırlaşır. O, ABŞ-ı Ukraynadakı taxıl ehtiyatlarını çıxarmağa çalışmaqda və Ukraynanın özünü humanitar fəlakətə, dünyanı isə aclığa məhkum etməkdə ittiham edib.

Görünən budur ki, belə davam edərsə, vəziyyət daha da ağırlaşacaq...

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN