Oğrular da bilir ki, soyğunçuluğun sonu həbsdir...

Amma o, belə düşünmürdü. Belə ki, Yunanıstanda 48 yaşlı gürcüstanlı qadın 13 soyğunçuluq və oğurluq hadisələrində ittiham olunaraq saxlanılıb. Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə Yunanistan polisi məlumat yayıb. İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs yalan məlumat verməklə qocalarla ailə işlərində köməkçi işlətməyə nail olub, sonra onların yemək-içməsinə yuxu dərmanı və narkotik vasitələr atıb, evlərindən pul və qızıl-zinət əşyaları aparıb. Saxlanılan şəxsin üzərinə baxış zamanı hüquq-mühafizə orqanlarından qızıl-zinət əşyaları, naməlum maddə, dərmanlar, bir qədər pul və bıçaq götürülüb.

İndi bu qadının həbsdə niyə belə etdiyini düşünməyə illərlə vaxtı olacaq. Amma artıq gecdir.

A.Məmmədli