Heç bilirsinizmi ki, Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı 100 nəfərdir? 

Tezadlar.az Gürcüstanın Milli Statistika İdarəsinin 31 dekabr 2022-ci il üzrə hesabatına istinadla bildirir ki, həbsdə olan Azərbaycan vətəndaşlarından biri yetkinlik yaşına çatmayan olmaqla, 90-ı kişi, 10-u isə qadındır. Hazırda Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı isə 43 nəfərdir. Lakin Azərbaycanlıların hansı cinayətdə daha çox həbsə alındığı barədə məlumat yoxdur. 

A.Məmmədli