Zelenski Saakaşvilinin sağlıq durumu ilə bağlı bəyanat verib...

Prezident "Hesab edirəm ki, Gürcüstan hökumətinin məqsədi Saakaşvilini öldürməkdir", -deyərək Kiyevdə Avstriya prezidenti Aleksandr Van der Bellenlə keçirdiyi mətbuat konfransında bu məsələdə ciddi narahatlığını ifadə edib: “Bir vaxtlar o, Gürcüstanın prezidenti idi. Onun şəkillərini mənə Davit Araxamia verib. Onun hansı vəziyyətdə olduğunu görmənizi istərdim. Düşünürəm ki, bu gün Gürcüstan hökuməti onu öldürür. Bilirsiniz ki, onu zəhərləyiblər və indi isə yavaş-yavaş öldürürlər. Mən istərdim ki, mətbuat nə baş verdiyini görsün: Ukrayna vətəndaşına ictimaiyyətin qarşısında işgəncə verirlər. Mən məsələni müzakirə etməyəcəyəm - Gürcüstanın keçmiş prezidenti niyə həbs edilib, bunun Gürcüstan siyasəti və demokratiyası üçün hansı nəticələr olacaq. Bu, onların daxili məsələsidir. Mən hər gün açıq şəkildə işgəncələrə məruz qalan Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin saxlanmasından danışıram...".

Saakaşvilinin məhkəməsi isə hələ də davam edir. Gürcüstan hakimiyyəti onun Ukraynaya (bu ölkənin vətəndaşıdır) ekstaradisiyasını və müalicə almasını əngəlləyir.

A.Məmmədli