65 yaşlı kişi içki içən yoldaşını karabinlə vuraraq avtomobillə hadisə yerindən qaçıb.

Hadisə martın 9-da baş verib.

Yaralının həyat yoldaşının dediyinə görə, Moskvanın Troitsk inzibati rayonunun Kuznetsovo kəndindəki fərdi evdə kişilər iki gün birlikdə içki içiblər. Onların arasında münaqişə yaranıb və bu zaman 65 yaşlı kişi karabin çıxarıb və içki içən yoldaşına bir neçə dəfə atəş açıb. Yaralını güllə səsindən ayılan həyat yoldaşı tapıb. Kişi xəstəxanaya aparılıb.

Qeyd edək ki, hadisəni törədən şəxs avtomobillə hadisə yerindən qaçıb.

E.ŞİRİNOV