booked.netbooked.net booked.net  

Hüquq mühafizə orqanları tərəfindən Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə daxil olan materiallar əsasında muxtar respublika ərazisində tütün məmulatlarının satışı sahəsində qanun pozuntularının olması, o cümlədən cinayət tərkibli əməllərə yol verilməsi halları qeydə alınıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 213-1-ci və 213-1.2.1-ci maddələri ilə 3 nəfər barəsində cinayət işi başlanılıb və istintaq tədbirləri davam etdirilir.

Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən, aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan xeyli miqdarda satma (“xeyli miqdar” dedikdə, beş yüz manatdan iki min manatadək olan məbləğ), satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqı əməlləri 2.000 manatdan 3.000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə, qanunsuz əməllər külli miqdarda (“külli miqdar” dedikdə, iki min manatdan yuxarı olan məbləğ başa düşülür) törədildikdə 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Dövlət Vergi Xidməti xatırladır ki, aksiz markası tələb edilən, lakin belə marka olmadan məhsulların satışı, aksiz markalarının saxtalaşdırılması, habelə istehlak bazarına qeyri-qanuni istehsal edilmiş məhsulların çıxarılması qanunvericiliklə qadağandır və vergi orqanları belə halların qarşısının alınması istiqamətində tədbirləri davam etdirəcək.

TEZADLAR.AZ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN