"Bu gün beynəlxalq ədalətin sanballı qərarına sahibik. Real perspektivi olan bir işdə. Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə order verib. Tarixi məsuliyyətin başlayacağı tarixi qərar”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu axşamkı videomüraciətində bəyan edib.

“Terrorçu dövlətin başçısı və daha bir Rusiya rəsmisi rəsmən hərbi cinayətdə şübhəli bilinib. Ukraynalı uşaqların deportasiyasında, minlərlə övladımızın qanunsuz olaraq terrorçu dövlətin ərazisinə köçürülməsində”, - deyə prezident bildirib.

 Zelenski qeyd edib ki, hüquq-mühafizə orqanlarımızın əməkdaşları tərəfindən araşdırılan cinayət prosesində artıq 16 mindən çox ukraynalı uşaqların işğalçı tərəfindən zorla deportasiyası faktı qeydə alınıb. Amma deportasiya edilənlərin real, ümumi sayı bundan qat-qat çox ola bilər:“Terrorçu dövlətin ali rəhbərinin göstərişi olmadan belə bir cinayət əməliyyatının həyata keçirilməsi qeyri-mümkün olardı”, -o, deyib.

Onun sözlərinə görə, uşaqları ailələrindən ayırmaq, qohumları ilə əlaqə saxlamaq imkanından məhrum etmək, uşaqları Rusiyada basdırmaq, ucqar rayonlara səpələmək – bütün bunlar Rusiyanın aşkar dövlət siyasətidir və bu dövlətin ilk rəsmisindən başlayır...

Qeyd edək ki, bu gün Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib. Məhkəmə həm də iki qərar verib - ikincisi Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın həbsi ilə bağlıdır.

Xatırladaq ki, indiyədək 3 ölkə prezidenti - Sudan prezidenti Ömər əl-Bəşir, Liviya lideri Müəmmər Qəddafi və Kot-d'İvuar prezidenti Loran Qbaqbo insanlığa qarşı cinayətlərə görə order alıblar.

 

Y.MƏMMƏDLİ