Omskda hüquq-mühafizə orqanlarının əməkdaşları 85 yaşlı təqaüdçü və onun oğlunun vəhşicəsinə öldürülməsi faktını araşdırır. Onlar döyərək öldürüblər və gizli zirzəmiyə atıblar.

Hər şey martın 18-dən başlayıb. Məhz bu gün şəhər sakini polisə gələrək, qayınanası və oğlunun itdiyini bildirib. Qadının sözlərinə görə, hər ikisi zənglərə cavab verməyib və yaşayış yerində olmayıb.

Həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşları yaşlı qadının evinə gəliblər. Zirzəmi də daxil olmaqla, bütün binaları diqqətlə araşdırıblar, lakin heç bir iz, binanın təmizlənməsi və ya kiminsə mebeli köçürdüyünü göstərən əlamətlər tapmayıblar.

Üç gündən sonra polis evi yenidən yoxlamaq qərarına gəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları təkrar baxış zamanı mebelləri və məişət əşyalarını özləri köçürməyə başlayıb və mənzilin altında ikinci zirzəmi aşkar ediblər. Lyuku açaraq itkin düşənlərin başları əzik cəsədlərini tapdılar. Hər iki meyit parça ilə örtülübmüş.

Bu faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi (iki və ya daha çox şəxsi öldürmə) ilə cinayət işi başlanıb. Hazırda polis hadisəni törədənin şəxsiyyətini müəyyənləşdirməyə çalışır.

E.ŞİRİNOV