Quantanamo həbsxanasının hərbi hakimi 11 sentyabr hücumlarında təqsirləndirilən 5 nəfərdən birinin ağılsızlığına görə mühakimə oluna bilməyəcəyinə qərar verib.

Tezadlar.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Cavabdeh Rəmzi ibn əl-Şibhə travma sonrası stress pozğunluğu, əlaqəli psixotik xüsusiyyətlər və delusional pozğunluq diaqnozu qoyulub. Əl-Şibh 11 sentyabr 2001-ci il hücumlarının təşkilatçısı hesab edilən Xalid Şeyx Məhəmməd də daxil olmaqla, digər dörd müttəhimlə birlikdə mühakimə olunmalı idi.

Hərbi hakim polkovnik Metyu Makkal avqust ayında əl-Şibhin özünü müdafiə edə bilməyəcək qədər psixi zədələndiyini və “baş verənlərin mahiyyətini anlamadığını” söyləyən həkimlərin nəticələri ilə razılaşıb. Onun cinayət işi psixi sağlamlığı bərpa olunana qədər dayandırılacaq.

Qalan dörd müttəhimin məhkəməsinin təyin olunduğu kimi davam edəcəyi gözlənilir.

Beş nəfər 2001-ci ildə Nyu Yorkda, Vaşinqtonda və Pensilvaniyada 3000-ə yaxın insanı öldürən təyyarələri qaçırmaqda ittiham olunur.

51 yaşlı Yəmənli Əl-Şibh 2002-ci ilin sentyabrında Pakistanda həbs edilib və 2006-cı ildə Quantanamo həbsxanasına köçürülüb. Onun vəkilləri iddia edir ki, o, “MKİ tərəfindən işgəncələrə məruz qalıb” və əl-Şibh “kəşfiyyat agentliyinin təkmil sorğu-sual üsulları adlandırdığı şeydən ağlını itirib”. Bu üsullara yuxu məhrumiyyəti, suda üzmə və döyülmə daxildir.

Media onun psixi vəziyyətinin 2008-ci ildə ilk məhkəmə çıxışından bəri problem olduğunu bildirdi. İllər keçdikcə əl-Şibh çılğınlığı ilə dinləmələri pozub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN