Sentyabrın 28-də Yevlax rayonu, Tanrıqulular kənd sakini 1963-cü il təvəllüdlü Zinyət Zamanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan Tezadlar.az-a bildirilib ki, araşdırma zamanı 1960-cı il təvəllüdlü Mehman Zamanovun aralarında yaranmış mübahisə zamanı arvadı Zinyət Zamanovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra isə tüfənglə atəş açaraq özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam edir.

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 14 November 2023
By Elçin Məmmədli
IMAGE
BAYRAĞIM
Wednesday, 08 November 2023
By Şakir Qurbanov

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA