İnterpolun axtarışa verdiyi Rusiya vətəndaşı Mersin vilayətində saxlanılıb. Bu barədə yerli təhlükəsizlik departamenti məlumat verib və əlavə edib ki, onun ekstradisiyası proseduruna başlanılıb.

İdarənin açıqlamasında qeyd edilir ki, saxlanılan şəxs dələduzluqda ittiham olunaraq axtarışdadır. Rusiya İnterpol bölmələri tərəfindən axtarışda olan D.B.-nin Mersində olduğu barədə məlumat alındıqdan sonra o, “texniki və fiziki nəzarətə” götürülüb.

"O, əməliyyat nəticəsində saxlanılıb. Təhlükəsizlik İdarəsi onun Rusiyaya ekstradisiyası üçün tədbirlər görür", - məlumatda deyilir.

​ E.ŞİRİNOV