Bryansk vilayətinin Klintsı şəhərində yanan neft anbarının yaxınlığındakı özəl sektorun sakinləri qohumlarının yanına təxliyə edilib.

Bu barədə qubernator Aleksandr Boqomaz Telegram kanalında məlumat verib.

"Təhlükəsizlik məqsədilə özəl sektorun 32 sakini müvəqqəti olaraq qohumlarının yanına təxliyə edilib. Müvəqqəti yaşayış məntəqəsi hazırlanıb", - o yazıb.

E.ŞİRİNOV