Ötən gün Kanadada oğurluq avtomobilləri Azərbaycan və Gürcüstana göndərmək istəyən dəstə

Tezadlar.az Gürcüstan DİN- ə istinadka bildirir ki, Kanadanın Toronto şəhərində avtomobil oğurluğu ilə bağlı bir ay davam edən təhqiqatdan sonra 11 nəfərin 100-ə yaxın cinayətdə ittiham olunduğunu bildirib. York Regional Polisi, son iki ay ərzində bir çox şəhərlərdə silsilə axtarışlardan sonra oğurlanmış 52 avtomobili tapdığını bildirib. Müstəntiqlər bildiriblər ki, cinayətkar qrup bahalı avtomobilləri hədəf seçərək, nəqliyyat vasitələrini Azərbaycan və Gürcüstan kimi uzaq ölkələrə göndərməyi planlaşdırıb. Şübhəli şəxlərə avtonəqliyyat vasitələrinin oğurlanması, cinayət yolu ilə əldə edilmiş əmlakın ticarəti də daxil olmaqla, ümumilikdə 96 ittiham irəli sürülüb.

Maraqlıdır ki, dəstə bu avtomobilləri bir neçə ölkə ərazisindən necə keçirməyi planlaşdırırmış? Axı beynəlxalq müqavilələrə görə, transmilli cinayətkarlıq daim nəzarətdədir...

XƏYYAM