Yük avtomobilindən külli miqdarda pul oğurlanıb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı  Elşad Hacıyev məlumat verib.

"Fevralın 12-də Lökbatan qəsəbəsi ərazisində yük avtomobilindən içərisində sənədlər, 100 manat, 6400 ABŞ dolları, 350 Avro və 10000 lirə olan çantanın qeyri-aşkar şəraitdə oğurlanması barədə Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Mahir Ağayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır", - deyə o qeyd edib.