Ötən gün Bakıda polis nəfərinin silahla ehtiyatsız davranması nəticəsində ölümlə nəticələnən hadisə baş verib.

DİN-in Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir ki, hadisə tabel silahını təmizləyərkən baş verib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq 1988-ci il təvəllüdlü polis nəfəri Ruslan Kazımov həyatını itirib. Araşdırma aparılır.