Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən həyata keçirilən tədbirlərdə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 67 yaşlı Zülfi Atakişiyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, onun yaşadığı Ağcaqovaq kəndində əkdiyi, ümumi çəkisi 26 kiloqram olan 137 ədəd çətənə kolu aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri fevral ayında əkdiyini və xüsusi qulluq göstərdiyini bildirib. Z.Atakişiyev çətənə kollarının  kənardan görsənməməsi üçün həmin ərazinin kənarında əvvəlcə qamış becərib.

Məhkəmənin qərarı ilə Z.Atakişiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan və narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha 11 nəfər saxlanılıb. Onlardan marixuana və çətənə kolları aşkar edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

***

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkokuryerlik edən əvvəllər narkotiklərə görə məhkum olunmuş Bəxtiyar Əliyev saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 12 kiloqram heroin, metamfetamin və marixuana aşkarlanıb.

 Araşdırmalar zamanı B.Əliyevin sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşının ona istifadəsi üçün narkotik vasitə təklif etdiyi və bunun müqabilində kuryerlik etdiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

***

Səbail Rayon Polis İdarəsinin (RPİ) 39-cu Polis Bölməsinə Bayıl qəsəbəsində bir nəfərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlərlə həmin şəxs - 1994-cü il təvəllüdlü Məhəddin Hüseynov saxlanılıb. Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 31 büküm psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkarlanıb.

Faktla bağlı Səbail RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. M.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.

***

Baş Dövlət Yol Polisi İdarəsinin Xüsusi Taqımının əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.

 Belə ki, Azər Kərimov “Hyundai” markalı avtomobili təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyi üçün yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı Azər Kərimovun nəqliyyat vasitəsini etibarnaməsiz idarə etməsi müəyyən olunub. Bununla yanaşı, hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçməyə dəvət edilsə də, o, polisin qanuni tələblərinə tabe olmayaraq bundan imtina edib. Görülən tədbirlərlə tibbi müayinədən keçirilən Azər Kərimovun narkotik maddə qəbul etməsi aşkarlanıb.

Faktla bağlı inzibati qanunvericiliyə uyğun müvafiq protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları Dövlət Sərhəd Xidməti ilə birgə "Xaş-xaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə Şayıflı kəndində yabanı halda bitən 2 tona yaxın 2600 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaş-xaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə Cinli kəndində yabanı halda bitən 4 tona yaxın 22313 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.

***

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Naxçıvan polisinin keçirdiyi “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 14 tona yaxın olan 522447 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bundan sonra da bu istiqamətdə müvafiq tədbirlərin görülməsi davam etdiriləcək!

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları Dövlət Sərhəd Xidməti ilə birgə "Xaş-xaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə Şayıflı kəndində yabanı halda bitən 2 tona yaxın 2600 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.

R.XUDATQIZI

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN